"Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq" mövzusunda təlim keçirildi
10 mart tarixində Binəqədi rayonu 115 saylı tam orta məktəbdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq" mövzusunda təlim keçirildi.
Təlimlərin keçirilməsi 2014-cü ilin noyabr ayında Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilmiş və bu cür təlimlərin rayonlarda keçirilməsi üçün Əlaqələndirmə Şurası yaradılmışdır.
Bu məqsədlə Əlaqələndirmə Şurasının təlimçi olaraq hazırlanmış uşaqları tərəfindən Bakı şəhərinin hər bir rayonu üzrə bugün uşaqlar üçün aktual hesab edilən, onları maraqlandıran “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlimlərin keçirilməsinə başlanılıb. Təlimləri uşaqlar özləri qrup şəkilində müzakirə etməklə aparırlar.
Təlimlərdə xüsusi qayğıya ehtiyyacı olan uşaqların iştirakına da diqqət ayrıldmışdır.