Şriftin ölçüsü :

Saytın rəngi :

1 dekabr – QİÇS-ə qarşı mübarizə günüdür

01 dekabr 2012 | 11:00

30.11.2012-ci il tarixdə Binəqədi rayonu Bakı Turizm Peşə məktəbində və 283 saylı tam orta məktəbdə 1 dekabr – QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) qarşı mübarizə gününə həsr olunmuş tədbir keçirildi. Tədbirlərin əsas məqsədi gənclərin diqqətini problemə cəlb etmək və problem ətrafında məlumat bazası yaratmaq idi.
1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı 1 dekabr tarixini QİÇS-lə Beynəlxalq Mübarizə Günü elan edib. Təşəbbüsün məqsədi epidemiya ilə mübarizədə dövlət orqanlarının və cəmiyyətin həmrəyliyinin əhəmiyyətini nümayiş etdirməkdir.
BMT-nin HİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə QİÇS səbəbindən vəfat edir.
Tədbirdə çıxış edən Sosial və Psixoloji Tətqiqatlar Mərkəzinin psixoloqu Aynur Bəbirova geniş yayılmış müxtəlif mənşəli infeksion xəstəliklərdən biri olan QİÇS barədə söhbət açdı. Statistik məlumatlardan misal gətirərək xəstəliklərə yoluxan insanların artmaqda olduğunu, bunun insan sağlamlığı əleyhinə olan zərərli vərdişlərdən istifadə nəticəsində yarandığını bildirdi.
Həkim-klinisist Qail Qasımov və Müasir Psixologiya Mərkəzinin psixoloqu Fuad Bayramov çıxışlarında gənclərin narkomanlığa meyil göstərdiklərini və bu kimi gənclərin sayının günü-gündən artmaqda olduğunu söylədilər. Hər bir kəsin öz çevrəsində maariflənmə işlərinin aparmağının və zərərli vərdişlərdən qorunmağının vacib olduğunu vurğuladılar.
Onlar eyni zamanda gəncləri maraqlandıran suallara ətraflı cavablar verdilər.
 

Keçidlər