Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının yaradılmasının 22 illiyi və Gənclər Birliyinin IV hesabat-seçki konfransı ilə bağlı tədbir keçirildi

12 mart 2015 | 11:00

Martın 12-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının yaradılmasının 22 illiyi və Rayon Partiya Təşkilatının Gənclər Birliyinin növbəti IV hesabat-seçki konfransı ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin Aqrar Siyasət Daimi Komisətinin sədri Eldar İbrahimov, millət vəkili Sevinc Fətəliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və digər qonaqlar iştirak etdilər.
Tədbirdən öncə iştirakçılar rayon partiya təşkilatının inzibati binasının önündə ümumilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov rayon partiya təşkilatının yaradılmasından 22 il keçidiyini, bu müddət ərzində bir çox uğurlara imza atıldığını bildirdi. O rayon partiya təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışdı. Daha sonra natiq konfrans iştirakçılarını Rayon Təşkilatı Gənclər Birliyinin ötən dövr ərzində fəaliyyəti haqqında video filmə baxmağa dəvət etdi.
Sonra YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Qüdsi Bayramov Birliyin fəaliyyəti haqqda məruzə ilə çıxış etdi. Daha sonra konfransda təşkilatı məsələlərə baxıldı, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin 39 nəfərdən ibarət Şura, 11 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri və YAP Gənclər Birliyinin respublika konfransına 7 nəfərdən ibarət nümayəndə heyəti seçildi. Səsvermə nəticəsində YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Mahmud Məmmədzadə Gənclər Birliyinin sədri, İdarə Heyətinin üzvləri Telman İmanov və Nəzirə Rzazadə isə sədr müavinləri vəzifəsinə seçildi.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin Aqrar Siyasət Daimi Komisətinin sədri Eldar İbrahimov Konfras iştirakçılarını təbrik etdi, Binəqədi rayonunda gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını qeyd etdi.
Çıxış edən millət vəkili Sevinc Fətəliyeva YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin yeni heyətini təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər arzuladı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Gənclər Birliyinin IV seçki-hesabat konfransı münasibətilə yeni seçilmiş heyətə uğurlar arzuladı. Xaləddin İsgəndərov ölkəmizdə Dövlət Gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını bildirdi, gənclərlə bağlı müxtəlif Dövlət Proqramlarının qəbul olunması haqqında danışdı.
Sonda rayon partiya təşkilatının yaradılmasının 22 illiyi münasibətilə bir qrup şəxsə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş gənclərə isə onların partiya vəsiqələri təqdim edildi.
Konfransdan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yeni seçilmiş heyətlə görüşüb onlara gələcək işlərində uğurlar arzuladı.

Keçidlər