Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının motivasiyası” mövzusunda təlim keçirildi

12 mart 2015 | 11:00

12 mart 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində ənənəvi olaraq həftənin cümə axşamı günləri keçirilən məlumat saatında “Dövlət qulluqçularının motivasiyası” mövzusunda təlim keçirildi. Təlimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri iştirak etdi. Təlimi Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov apardı.
Tədbirdə çıxış edən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov dövlət idarəetməsində və vətəndaş məmnunluğunun təmin edilməsində motivasiyanın rolundan danışdı. Dövlət qulluğunda əsas motivasiyasiyanın xalqa, dövlətə olan sevginin və onun qulluğunda dayanmağın olduğu bildirildi. 
Tədbir disskussiya formasında davam etdirildi.
Belə təlimlərin davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər