Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

11 mart 2015 | 11:00

Martın 11-də 297 saylı tam orta məktəbdə Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən 297 saylı tam orta məktəbin və 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirildi.
Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi olan Bəxtiyar Vahabzadənin millətinin vətənpərvər və layiqli övladı olduğunu bildirdi. Şairin hər mövzuya toxunduğunu qeyd edən H.Əsgərov Bəxtiyar Vahabzadənin vətəninin azadlığı, müstəqilliyi uğrunda qələmi ilə daim mübarizədə olduğunu dedi.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçisi Elnur Məmmədov Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında məlumat verərək, onun Azərbaycan poeziyasındakı rolundan danışdı.
Şagirdlər  Bəxtiyar Vahabzadənin   müəllifi  olduğu şeirlərini söylədilər.
Tədbirdə 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin ifasında Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olundu.

Keçidlər