Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan “ASAN” könüllülərə təlim keçirildi
14 mart 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllülər”-ə “Azərbaycan Respublikasının mövcud iqtisadi quruluşu, iqtisadiyyatın strateji məqsədləri və əsas prioritetləri” mövzusunda təlim keçirildi. Təlimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları və Asan könüllülər iştirak etdilər.
Təlimdə iştirakçılara Azərbaycan iqtisadiyyatının dünyaya inteqrasiyası, büdcə vergi siyasətinin həyata keçirilməsi və qeyri-neft sektorunun inkişafı barədə məlumat verildi. Mövzuya dair iqtisadi anlayışların daha dərindən oyrənilməsi üçün müxtəlif metodik vəsaitlərdən istifadə edilməsi nəticəsində Asan könüllülər praktiki biliklərə yiyələndi.