Rayon İcra Hakimiyyətinin başçısı 8-ci mikrorayon sakinləri ilə görüşdü
2015-ci il martın 13-də 248 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun 8-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 114 nəfər mikrorayon sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra mikrorayon sakinlərindən Muxtar Niftəliyev, Zakir Quliyev, Kənan Əliyev, Zakir Kərimov, Hidayət Əliyev, Məlahət Quliyeva, Sabir Tağıyev və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.