Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə Əlillər Günü qeyd edilib

04 dekabr 2012 | 11:00

2012-ci il dekabrın 3-də Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında 03 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov tədbir iştirakçılarının qarşısında çıxış etdi.
Öz çıxışında o, 1992-ci ildə BMT-nin Baş Assambleyasında 3 dekabr – Beynəlxalq Əlillər gününün qeyd edilməsi barədə qərar qəbul edildiyini, Azərbaycanda da Beynəlxalq Əlillər gününün keçirilməsi haqqında 27 noyabr 1995-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 253 saylı qərar qəbul olunduğunu və hər il dekabr ayının 3-də BMT-yə üzv olan ölkələrdə, o cümlədən respublikamızda da əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmləndirilməsinə yönəlmiş tədbirlər təşkil olunduğunu, günü-gündən çiçəklənən respublikada əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verdi, onlara olan dövlət qayğısından danışdı.
Sonra çıxış edənlər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Yasin Rüstəmov, Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə və Şəhid Anaları Xeyriyyə Mərkəzinin rayon şöbəsinin sədri Dilarə Cabbarova dövlət və dövlət rəhbəri tərəfindən əlil vətəndaşlara göstərilən diqqət və qayğıdan, onların respublikanın ictimai-siyasi həyatında fəal iştirakından danışdılar.
Daha sonra 2012-ci il İdman ili çərçivəsində Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilmiş “Şahmat” üzrə rayon turnirinin qaliblərinin və əlillərin əl işlərinə görə mükafatlandırılması mərasimi keçirildi.
Tədbirin sonunda 150 nəfərə Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım edildi.
 

Keçidlər