Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon gəncləri Bakıda Leyla Əliyevanın iştirakı ilə keçirilən “Cracking Art Group” əsərlərinin təqdimatında və “Səməni” sərgisində iştirak etdilər

18 mart 2015 | 11:00

Martın 18-də IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə Heydər Əliyev Mərkəzində Avropanın məşhur “Cracking Art Group” əsərlərinin təqdimatı və Mərkəzin parkında ənənəvi “Səməni” sərgisi təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub, daha sonra şəhər sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Novruz bayramı ərəfəsində keçirilən sərgidə müasir incəsənət nümunələri və səmənilər nümayiş etdirilib. Heydər Əliyev Mərkəzindəki bu sərgi Novruz günlərində izləyicilərə bayram əhval-ruhiyyəsi ilə birlikdə rəssamların Novruz ənənələrinə modern yanaşmasını təqdim edən incəsənət əsərləri ilə də tanış olmağa imkan yaradacaq.
Tədbirdə Binəqədi rayonundan bir qrup gənc iştirak edib və sonda xatirə şəkli çəkdiriblər.
Bu günədək “Cracking Art Group” öz yaradıcılığı dünyanın bir sıra şəhərlərini fəth edib. Əsərləri Nyu-York, Sidney, Milan və digər şəhərlərdə nümayiş olunub.

Keçidlər