Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Rəsulzadə qəsəbə bələdiyyəsinin üzvləri ilə görüşdü
Martın 18-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 23 dekabr 2014-cü il tarixində keçirilən Bələdiyyə seçkilərindən sonra Rəsulzadə qəsəbə bələdiyyəsinin yeni formalaşan tərkibi ilə görüşdü.
Davamlı xarakter daşıyacaq belə görüşlərdə əsas məqsəd bələdiyyə üzvləri ilə tanışlıq, onların gələcək fəaliyyət istiqamətlərilə bağlı tövsiyyələrin verilməsidir. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin cəmiyyətdəki rolundan danışdı, onlara fəaliyyətlərində uğurlar arzuladı. Tövsiyyə xarakterli çıxışda bələdiyyələrin ölkədə həyata keçirilən quruculuq işlərində fəal iştirakının vacibliyi, eləcə də vətəndaş məmnunluğu, əhalinin rifahı naminə təşəbbüskarlığının əhəmiyyəti vurğulandı.