Binəqədi rayonunda Novruz bayramı münasibətilə fərqli xalqların və konfessiyaların nümayəndələri təbrik edildi
Martın 19-da Binəqədi rayonunda Novruz bayramı münasibətilə fərqli etnik qruplara və dinlərə məxsus sakinlər evlərində təbrik olundular.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu tədbir çərçivəsində milli adət-ənənələrimizi, çoxəsrlik mənəvi irsimizi tərənnüm edən Novruz bayramının bəşəri mahiyyət qazandığı diqqətə çatdırılmış müxtəlif xalqları və konfessiyaların nümayəndələrinə rayon rəhbərliyinin bayram təbrikləri çatdırıldı, onlara bayram sovqatı və Novruz xonçaları təqdim edildi.
Görüş zamanı vurğulandı ki, multikultural dəyərlərin, tolerant düşüncə tərzinin, fərqli xalqların və konfessiyaların dinc yanaşı yaşamaq ənənələrinin hakim olduğu Azərbaycan cəmiyyətində digər mədəniyyətlərin daşıyıcılarına qarşı hörmət-ehtiramın, qayğıkeş münasibətin hazırda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Ziyarət olunan ailələr onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
Ümumilikdə, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif kateqoriyalardan olan aztəminatlılar, şəhid ailələri, müharibə əlillərindən ibarət 1000-ə yaxın ailəyə bayram sovqatı təqdim edildi.