Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbələr arasında“Mini futbol” turniri

02 dekabr 2012 | 11:00

İdman ili çərçivəsində 2012-ci il dekabr 1-də 8-ci mikrorayon ərazisində yerləşən “Azfar” MMC-yə məxsus futbol meydançasında rayon ərazisində fəaliyyət göstərən peşə liseyləri, orta ixtisas və ali məktəb komandaları arasında “Mini futbol” üzrə rayon turnirinin final oyunları keçirilmişdir.
Turnirin nəticələrinə görə 6 saylı Bakı Peşə Liseyinin komandası üçüncü, Bakı Turizm Peşə Məktəbinin komandası ikinci, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandası birinci yerə layiq görüldü.
Tələbələr arasında keçirilən turnirdə 10 komandanın tərkibində 120 nəfər iştirak edirdi. Turnirdə qalib gələn komandalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, kubok və xatirə hədiyyələri ilə mükafatlandırıldı.
 

Keçidlər