Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin mart ayı ərzində daxil olan müraciətlər

01 aprel 2015 | 10:00

2015-ci ilin mart ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 2499, birbaşa cavablandırılan zənglərin sayı 2040,  yaradılan əks əlaqələrin sayı 640, günlük orta zəng sayı 87, tərtib edilən şikayət vərəqələrinin sayı 459 olub. Xidmət səviyyəsi  97,4 % təşkil edib.
Şikayət xarakterli müraciətlərin 447-si və ya 97,4 %-nin icrası təmin edilib, o cümlədən 398-i və ya  89 %-i tam həll olunub, 14-ü və ya 3 %-i qismən həll edilib, 35-i və ya 8 %-i müvafiq izahat verilərək həll edilib.
Mart ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  248-i və ya 54,1 %-i su-kanalizasiya, 76-ı və ya 16,6 %-i qaz təchizatı,  36-ı və ya 7,8 %-i sakinləri narahat edən digər məsələlər, 36-ı və ya 7,8 %-i lift problemləri, 33-ü və ya 7,2 %-i elektrik təchizatı ilə bağlı, 11-i və ya 2,4 %-i zibil və tullantılar ilə əlaqədar, 8-i və ya 1,7 %-i istilik təchizatı, 6-ı  və ya 1,3 %-i küçələrin işıqlandırılması idarəsi, 5-i və ya 1,1 %-i yolların yararsız olması ilə əlaqədar olub. Xidmətə ay ərzində 35 təşəkkür müraciəti daxil olub.

Keçidlər