Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmə və gənclər arasında “Muay-Tay” idman növü üzrə Binəqədi rayonunun komandası birinci oldu

05 aprel 2015 | 10:00

4-5 aprel 2015-ci il tarixlərində Binəqədi qəsəbəsində yerləşən “Arktika” Muay-Tay idman klubunda yeniyetmə və gənclər arasında “Muay-Tay” idman növü üzrə Binəqədi rayon açıq birinciliyi keçirildi. Birincilikdə Ağsu, Qəbələ və Abşeron rayonunun komandaları da daxil olmaqla Bakının Binəqədi, Suraxanı, Qaradağ, Mərdəkan və Xəzər rayonunun idmançıları iştirak etdilər. Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə görə Binəqədi rayonunun komandası ümumi komanda hesabında yüksək nəticə göstərərək birinci yer, Qaradağ rayonunun komandası ikinci yer, Suraxanı rayonunun komandası üçüncü yerə layiq görüldülər.
Qaliblər Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medalla mükafatlandırılar.

Keçidlər