Bakı 2015 - İlk Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi rayonu ərazisində yerləşən idman obyektlərinə baxış keçirildi
07 aprel tarixdə Bakı 2015 - İlk Avropa Oyunlarına hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 89 nömrəli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 244 və 263 nömrəli sərəncamları ilə hazırlanan və həyata keçirilən Tədbirlər Planının icrası məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayon ərazisində yerləşən “Veqas” İdman və Sağlamlıq Mərkəzi, Turan İdman Klubu, Azərbaycan Qolf Federasiyasının inzibati binası, Xocasən qəsəbə stadionu, Lokomotiv İdman Sağlamlıq Mərkəzi Biləcəri Sarayı, Lokomotiv İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksində oldular.
İdman obyektlərinin nümayəndələri burada idmançılar üçün yaradılan şərait barədə onlara ətraflı məlumat verdilər.