Binəqədi gəncləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti ilə tanış oldu
Aprelin 8-də Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bir qrup gəncin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ekskursiyası təşkil edildi. Ekskursiya çərçivəsində həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “I Avropa oyunları Azərbaycanın tanıtımı və Multikulturalizm siyasəti kontekstində” mövzusunda tədbir təşkil olundu.
Tədbirdən öncə qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması, fəaliyyəti və iş prinsipləri barəsində ətraflı məlumat verildi. Bildrildi ki, Mərkəz 15 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı əsasında təsis edilib, Prezident İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Mərkəzin Himayəçilik Şurasının üzvləri təyin edilib və Prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Mehdi oğlu Abdullayev Himayəçilik Şurasının sədri seçilib.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov Mərkəzin yaranması və fəaliyyət istiqamətləri haqqında danışdı.
Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli və Mərkəzin layihələr şöbəsinin müdiri Hikmət Babayev görülmüş işlər və qarşıda duran perspektivlər haqda məlumat verdilər. Natiqlər multikultural təhlükəszilik, yerli və xarici universitetlərdə multikulturalizm fənninin tədrisi, Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti haqda ətraflı məlumat verdilər. Qeyd olundu ki, hazırda Çexiya, İtaliya, Bolqarıstan, Rusiya, Belorusiya, Gürcüstan və Litvada ali təhsil müəssisələrdində Azərbaycan multikulturalizmi fənni tədris olunur.
Daha sonra tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova Binəqədi rayonunda gənclərin davamlı inkişafı istiqamətində müxtəlif maarifləndirici layihələrin və görüşlərin keçirildiyini, ekskursiyaların reallaşdırıldığını qeyd etdi. Binəqədi rayonunda milli-etnik və dini azlıqların nümayəndələrinə daim diqqət göstərildiyi və bunun artıq ənənə halını aldığı bildirildi.
Sonra Mərkəzin nümayəndələri tərəfidən müxtəlif ali təhsil müəssisələrində təhsil alan Binəqədi rayon gənclərinin sualları cavablandırıldı.
Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Multikulturalizm Mərkəzinə xatirə hədiyyəsi təqdim olundu, xatirə şəkili çəkdirildi.