Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 8-ci mikrorayon sakinləri ilə görüşdü

08 dekabr 2012 | 11:00

2012-ci il dekabrın 7-də 8-ci mikrorayon, H.Hüseynov küçəsi 13 saylı binanın qarşısında yerləşən xeyir-şər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun 8-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə və xidmət sahələrinin rəhbərləri, habelə rayonun mənzil – kommunal təsərrüfatı müəssisələrinin rəhbərləri və 130 nəfər sakin iştirak etmişdir.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
Mikrorayon sakinlərindən – Cəfərov İsgəndər, Xudiyev Ənvər, Dadaşov Murad, Hüseynov Mötəbər, Hüseynov Mübariz, Hətəmov Telman, Süleymanov Vaqif və başqaları çıxış edərək mikrorayonda və yaşadıqları binalarda mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
 

Keçidlər