Binəqədi rayonunda mart ayı ərzində aparılan abadlıq-quruculuq işləri
2015-cü ilin mart ayında Binəqədi rayonunda 266 ünvanda su şəbəkəsində, 581 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 11460 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi QİS ərazisində ümumilikdə 6706 p/m qaz xətti çəkilib, 1443 ədəd smart kart tipli sayğac quraşdırılıb.
7 və 8-ci mikrorayonda yaşayış binalarının istilik xəttində 37 metr, Z.Bünyadov və Azadlıq prospektləri, C.Hacıbəyli, Naxçıvani küçələrində 23 metr, R.İsmayılov küçəsi 11 və 9 saylı binaların aşağı paylama sistemlərində 15 p/m, A.Zeynallı küçəsi 1 “a” saylı binanın istilik xəttində 12 p/m boru dəyişdirilib və sızmalar aradan qaldırılıb. M.Cəlal küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 16 ədəd ventil, 9 ədəd siyirtmə təmir edilib və aşağı paylama xəttində 32 metr boru bərpa edilib.
TM-9-da 1 ədəd 630 kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb. KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib, KTM-840-da təmir işləri aparılıb, KTM-233-də 400 kv-luq transformator dəyişdirilib.
221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir-bərpa işləri aparılıb, 3 saylı istilik qazanxanasında təmir-bərpa və profilaktiki tədbirlər görülüb.
Azadlıq prospekti 165 və 167 binalara 270 metr, Dərnəgül yaşayış sahəsində 64 saylı binaya 95 metr yeni kabel xətti çəkilib, Ə.Rəcəbli küçəsində 3300 metr hava xətti kabel xətti ilə əvəz edilib.
6, 7, 8, 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində, Z.Əliyeva adına parkda 349 ədəd yararsız lampa, 80 ədəd drossel, 475 metr yanmış kabel dəyişdirilib.
25 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 7 yaşayış binasının girişində təmir işləri aparılır, 6 binada yumşaq dam örtüyü əsaslı təmir olunur, 7 binanın həyətində abadlıq işləri aparılır. 673 mənzilin tüstü bacası təmizlənib.
Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon N.Məmmədov küçəsində, Heydər Əliyev, Zərifə Əliyeva, Fərhad Hümbətov və Ramiz Aboyev parklarında, Azadlıq prospekti metrosunun üstündə ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.
Atatürk prospektində yerləşən Ayna Sultanova parkının ən müasir standartlara uyğun olaraq yenidən qurulması işləri davam etdirilir.
Ziya Bünyadov prospekti boyunca və Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində abadlıq-quruculuq işləri həyata keçirilir.
Həmçinin “Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Binəqədi rayonunda start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi ilə əlaqədar görülən işlər çərçivəsində bir çox ünvanlarda iməciliklər və təmizlik aksiyaları keçirilib.