Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anıldı

15 aprel 2015 | 10:00

Aprelin 15-də Binəqədi rayonunda Azərbaycanda Oftolmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın anım günü münasibətilə xatirəsi yad edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının qadın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Anım tədbirində Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına parkda alimin abidəsi önünə gül dəstələri düzüldü, xatirəsinə dərin hörmət və ehtiram bildirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim kimi elmə verdiyi töhfələr, həmçinin onun mənəvi dünyası, həyat fəlsəfəsi, keçdiyi şərəfli və mənalı ömür yolu barədə danışdı, bütün bu keyfiyyətləri ilə  Zərifə xanımın  simasında əsl Azərbaycan qadını obrazının canlandığını vurğuladı.
Dəyərli elmi tədqiqatları ilə Oftolmologiya elmində əldə etdiyi uğurlar elm adamları arasında onu həm də fədakar alim kimi tanıtmışdır. Bütün bunlar Zərifə xanımın fədakar ana, layaqətli övlad, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu təsdiqləyir.

Keçidlər