Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı

11 dekabr 2012 | 11:00

2012-ci il dekabrın 10-da Binəqədi Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov anım mərasimini açıq elan etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov öz çıxışında müstəqil Azərbaycan dövlətçiliyinin banisi və qurucusu, təkcə ölkəmizin deyil, bütün türk dünyasının ən görkəmli simalarından olan Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünün xalqımız tərəfindən dərin kədər hissi ilə vətənimizin hər bir guşəsində qeyd edildiyini bildirdi.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu və Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin nəticəsində bu gün xalqımızın demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etdiyini, siyasi və iqtisadi müstəqilliyə nail olduğunu bildirdi.
Daha sonra çıxış edənlər – Milli Məclisin üzvləri Madər Musayev və Rafael Cəbrayılov, Bakı Dövlət Universitetinin professoru İbrahim Zeynalov Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən söz açaraq, Ulu Öndərin milli dəyərlərimizə əsaslanan siyasi kursunun müasir Azərbaycan dövlətinin dünya ölkələri arasında layiqli yer tutmasına səbəb olduğunu qeyd etdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı olduğunu vurğulamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni, hərbi və enerji sahələrində yeni nəzərə çarpan tərəqqi əldə etdiyini bildirdilər.
Tədbir Binəqədi rayon orta ümumtəhsil məktəb şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başa çatdı.
 

Keçidlər