Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər arasında Bakı 2015 I Avropa Oyunlarının təşviqatı davam edir

17 aprel 2015 | 10:00

Binəqədi rayon məktəblərində “Bakı 2015” I Avropa Oyunlarının təqdimatı ilə əlaqədar tədbirlər davam etdirilir. 17 aprel tarixində rayonun 83, 100 və 246 saylı tam orta məktəblərində təşkil olunan təqdimat mərasimlərində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat Komitəsinin nümayəndəsi Lalə Eyvazova, təhsil müəssisələrinin rəhbərləri və məktəblilər iştirak etdilər.
Mərasimdə çıxış edənlər “Bakı 2015” I Avropa Oyunlarının əhəmiyyətindən danışaraq, bu mötəbər idman yarışının ölkəmizdə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdilər. İlk Avropa Oyunlarının Azərbaycan idmanı tarixində özünəməxsus iz buraxacağı diqqətə çatdırılaraq bu yarışın Azərbaycanda baş tutmasını ölkəmizin beynəlxalq aləmdə qazandığı müsbət imicin göstəricisi olduğu vurğulandı.
“Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin nümayəndəsi Lalə Eyvazova ilk Avropa Oyunları barədə məktəbliləri ətraflı məlumatlandırdı. Slayd vasitəsilə oyunların təşkil olunacağı idman qurğuları, idman növləri, iştirakçı ölkələr və s. barədə məlumat verildi.
Təqdimat mərasimlərində məktəblilərə “Bakı 2015 I Avropa Oyunları”nı simvolizə edən hədiyyələr və bukletlər paylandı.

Keçidlər