Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri qəsəbə sakinləri ilə görüşdü

17 aprel 2015 | 10:00

2015-ci il aprelin 17-də 284 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun Biləcəri qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 168 nəfər qəsəbə  sakini iştirak etdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra qəsəbə sakinlərindən Mehman Həsənov, Davud Kərimov,  Əli İbrahimov, Nazim Gülməmmədov, Əli Qurbanov, Oruc Hacıyev və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər