Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 300 saylı tam orta məktəbdə xeyriyyə marafonu keçirildi

18 aprel 2015 | 10:00

18 aprel 2015-ci il tarixdə  Bakı şəhəri Binəqədi rayonu V.Əvəzov adına 300 saylı tam orta məktəbdə məktəbin şəxsi təşəbbüsi ilə Silahlı Qüvvələrin Yardım Fonduna dəstək üçün “Vətən mənə oğul desə...” adlı xeyriyyə marafonu keçirildi.
Xeyriyyə marafonu gənc nəslin vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, onlarda Vətənə, dövlətə, müstəqilliyə sevgi hissinin aşılanması istiqamətində növbəti məqsədyönlü tədbirlərdən biri idi.
Tədbir iştirakçılarına şagirdlərin iştirakı ilə hazırlanmış geniş konsert proqramı təqdim olundu. Müəllimlərin xüsusi zövqlə hazırladıqları şirniyyatların şagirdlər tərəfindən qonaqlara təqdim edilməsi tədbirə daha bir rəngarənglik qatdı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin sektor müdiri Mehriban Əsədli tədbir iştirakçılarına Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərovun salamlarını çatdırdı və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı.

Sonda məktəbin direktoru İradə Xəlilova çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən müəllim, valideyn və şagirdlərə, iştirak edən qonaqlara minnətdarlığını bildirdi..

Keçidlər