Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüş keçirildi

21 aprel 2015 | 10:00

Aprelin 21-də Binəqədi Rayon İcra Hakimiyyətində məktəblilərin respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüş keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva 182 saylı tam orta məktəbin respublika fənn olimpiadasında tarix fənni üzrə yüksək nəticələr göstərərək qaliblər sırasında yer almış şagirdləri - gümüş medal qazanmış Səbinə İsayeva və bürünc medala layiq görülmüş Ruslan Məmmədov görüşdü. Məktəblilərə Rayon İcra Hakimiyyəti başçısının təbrikini çatdıran Aygün Əliyeva ölkə miqyaslı bu olimpiadada öz bilik və istedadlarını nümayiş etdirərək uğur qazanan məktəblilərə xoş arzularını bildirdi.
Görüşdə vurğulandı ki, Prezident İlham Əliyevin birbaşa diqqəti və dəstəyi ilə təhsil üçün yaradılan şəraitin, təhsilin tərəqqisi üçün görülən işlərin məntiqi nəticəsi məhz belə uğurlarda öz təcəssümünü tapır.
Sonda məktəblilərə Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.

Keçidlər