Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti şura iclası keçirildi

12 dekabr 2012 | 11:00

2012-ci il dekabrın 11-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2012-ci il üçün İş planına uyğun olaraq “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyya”nın gördüyü işlərə və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın il ərzində gördüyü işlər barədə hesabatın Şura iclası keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və ona qarşı mübarizə sahəsində dövlətin strateji istiqamətlərinin müəyyən olunduğunu diqqətə çatdırdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səmayə Seyidova məruzə edərək komissiyanın əsas məqsədi, il ərzində gördüyü işlər və həlli ilə əlaqədar üzərində işlənilən məsələlər barədə danışdı.
Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva keçən dövr ərzində rayon üzrə narkomaniyaya qarşı mübarizə üzrə həyata keçirilmiş profilaktik tədbirlər barədə məruzə ilə çıxış etdi.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni Respublika Narkoloji Dispanserin şöbə müdiri Afət Məmmədova narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və digər qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə hələ 1996-cı ildə Heydər Əliyev tərəfindən Dövlət Komissiyasının yaradıldığını və hazırda bu sahədə mükəmməl hüquqi bazanın təkmilləşdirildiyini qeyd etdilər.
Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov məruzəsində ötən il narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əsas diqqət narkotik vasitələrin külli miqdarda satışının qarşının alınmasına yönəldiyini bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı sadalanan problemlərin aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verdi və qeyd olunan məsələlər Şuranın müvafiq protokoluna daxil edildi.
İclasda görülən işlər və qarşıda duran həlli vacib olan məsələlərin icrası ilə bağlı qərar qəbul edildi.
Sonda rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa müsabiqəsinin qalibləri diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
 

Keçidlər