“Müasir İqtisad Məktəbi” layihəsinin iştirakçıları ilə görüş keçirildi
21 aprel tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Müasir İqtisad Məktəbi” layihəsinin iştirakçıları ilə görüşdü.
Görüşdə həmçinin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri və “Müasir İqtisad Məktəbi” layihəsinin rəhbəri Mahmud Məmmədzadə iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bu formatda keçirilən layihələrin önəmini vurğulayaraq uğurlu iştirakları münasibəti ilə onları təbrik etdi, gələcəkdə də gənclərin müxtəlif sferalarda inkişafına yönəldilən layihələrin keçirilməsi üçün gənclərə aktiv şəkildə öz təşəbbüsləri ilə çıxış etməyi tövsiyə etdi.
Layihə iştirakçıları görüşdə onlara göstərilən etimada, dəstəyə görə öz minnətdarlıqlarını bildirərək rayon haqqında təəssüratlarını bölüşdülər.
Daha sonra layihə iştirakçılarına I Avropa oyunlarının açılış mərasimində iştirak üçün biletlər hədiyyə edildi və görüş çay süfrəsi ətrafında davam etdirildi.