Binəqədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevralın 2-dən mayın 1-dək yerlərdə əhalinin tibbi müayinəsi həyata keçirilir.
Tibbi müayinənin yüksək səviyyədə keçirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilib. Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir. (Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9, 10, 15, 25, 27 və 35 saylı şəhər poliklinikası).
Binəqədi rayon əhalisinin 189281 nəfərini 18 yaşından yuxarı sakinlər təşkil edir. 23 aprel 2015-ci il tarixinə olan məlumata əsasən artıq 136328 nəfər rayon sakini tibbi müayinədən keçib.
Qeyd olunan bütün tibb müəssisələrində əhalinin tibbi-profilaktik müayinədən keçməsi üçün hərtərəfli şərait yaradılıb.