Rayon İcra Hakimiyyətinin başçısı Dərnəgül yaşayış massivinin sakinləri ilə görüşdü
2015-ci il aprel 24-də A.Gəraybəyli küçəsi 31a saylı binanın qarşısında yerləşən əhalininin kütləvi tədbirlər evində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Dərnəgül yaşayış massivinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 155 nəfər sakin iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra Dərnəgül yaşayış massivinin sakinlərindən Süleymanov Tofiq, Quliyeva Zümrüd, Qədimzadə Vüsalə, Əliyeva Aygün, İsmayılova Səyyarə, Qurbanova Aneliya, Abbasov Heydər, Rəhimov Vüqar, Məmmədova Kəmalə, Nuriyev Elxan, Orucova Kamilə və başqaları çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.