Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda əsgərlər arasında “Xəmsə” milli intellektual oyunu keçirildi

24 aprel 2015 | 10:00

24 aprel tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə əsgərlər arasında “Xəmsə” milli intellektual oyunu keçirildi.
Yarışda tərkibi 5 oyunçudan ibarət olmaqla ümumilikdə 8 – “Gənc Liderlər”, “Təminatçı”, “Bərpaçı”, “Rabitəçi”, “Kimyaçı”, “Odlar yurdu”, “Vətən”, “Xilasedici” komandaları iştirak etdilər.
Gərgin mübarizə şəraitində keçən yarışda “Vətən” komandası birinci yerə, “Odlar yurdu” komandası ikinci yerə, “Xilasedici” komandası isə üçüncü yerə layiq görüldülər.
Qaliblər diplom və xatirə hədiyyələri ilə təltif olundu.
Mükafatlandırma mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Elvin Orucov və YAP Binəqədi Rayon Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə gənclər arasında intellektual oyunlara marağın böyük olmasından danışdılar. Bildirildi ki, rayonda müxtəlif formatlı bilik yarışlarının təkcə orta və ali təhsil müəssisələrində deyil, eləcə də hərbi hissələrdə keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanın zəngin milli-mədəni irsi və tarixinin təbliği, gənclərin intellektual səviyyəsi, dünya görüşünün artırılması və onların stimullaşdırılmasına xidmət edən “Xəmsə” Milli İntellektual Oyunu isə bu yarışlar içərisində xüsusi yer tutur.

Keçidlər