Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Çanaqqala zəfəri”nin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

24 aprel 2015 | 10:00

24 aprel tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət Evində “Çanaqqala zəfəri”nin 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Seyid Əhməd Arslan, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, rayonun ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edən gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Seyid Əhməd Arslan Türkiyə və Azərbaycan xalqlarını bir-birinə bağlayan qədim tarixi köklərdən, dil, din, mədəniyyət birliyimizin qarşılıqlı əlaqələrimizin, qardaşlığımızın, dostluğumuzun inkişafı üçün əlverişli zəmin yaratdığından söz açdı.
Daha sonra çıxış edən Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev və İctimai Şuranın sədri Aslan Mehdiyev də Çanaqqala döyüşünün Türkiyə tarixində əhəmiyyətindən danışdılar.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qardaş Türkiyə dövlətinin qədim dövlətçilik ənənələrinə malik olduğunu vurğulayaraq türk xalqının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə ağır sınaqlardan keçərək bugünkü dövlətçiliyini qoruyub saxladığını bildirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də öz çıxışlarında  Çanaqqala döyüşünü türk xalqının qəhrəmanlıq tarixinin parlaq səhifəsi, türk hərb sənətinin böyük nailiyyəti kimi dəyərləndirdiyi nəzərə çatdırıldı.
Tədbir İrəvan Dövlət Dram Teatrının ifasında Türk yazıçısı Demet Çizmelinin əsəri əsasında hazırlanmış “Cümhuriyyətin ilk sədası” adlı tamaşa ilə davam etdirildi.

Keçidlər