Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Oxu Günü” adlı tədbir keçirildi

25 aprel 2015 | 10:00

25 aprel 2015-ci il tarixində Binəqədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Hədəf” kurslarının birgə təşkilatçılığı ilə “Oxu Günü” adlı tədbir keçirildi.
Tədbirdə millət vəkili, yazıçı dramaturq Hüseynbala Mirələmov,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirinin müşaviri Ağababa İbrahimov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Elçin Sərdarov, Şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Vaqif Bəhmənli, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi,  şair Vahid Əziz, şair, publisist Əkbər Qoşalı, məktəblilər, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Layihənin ideya müəllifi və rəhbəri Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir. Gələcəkdə Respublikamızın bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulan və bu il ilk dəfə olaraq Bakı şəhərində reallaşan layihənin həyata keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da qatıldığı  “Oxu Günü” ədəbiyyata marağı olan hər kəs üçün kitab bayramı abu-havası yaratdı. Mütaliəsevərlər həm endirimli kitab aksiyasından yararlandı, həm də “Gəlin birgə oxuyaq” fləşmobunda iştirak etdi. 
Tədbirin bədii hissəsində gənclərdən ibarət musiqi qrupu çıxış etdi, fləşmob iştirakçıları oxuduqları kitab haqqında öz təəsüratlarını bölüşdülər.
Tədbir çay süfrəsi ətrafında müzakirələrlə davam etdirildi.

Keçidlər