Binəqədi rayon 2 nömrəli sahə inzibati ərazi dairəsində Bakı 2015 İlk Avropa Oyunlarına həsr olunmuş tədbir keçirildi
29 aprel tarixində Binəqədi rayonu Adil Məmmədov küçəsi 119 ünvanındakı parkda Binəqədi rayon 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü ilə Bakı 2015 İlk Avropa Oyunlarına həsr olunmuş “Elimizə qonaq gəlir” adlı tədbir keçirildi.
Tədbirdə qonaq qismində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon sahə inzibati dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və sakinlər iştirak etdilər.
Tədbirdə 144, 157, 246 və 267 saylı məktəbin şagirdləri, “Turan” idman klubunun idmançıları və Bakı Humanitar Kollecinin tələbələri öz mahnı töfhələri ilə çıxış etdilər. Şagirdlərin Bakı 2015 ilk Avropa Oyunlarına həsr olunmuş əl işlərindən hazırlanmış rəsm sərgisi, ətraf mühitin mühfaizəsi ilə bağlı “Təmiz Binəqədi” sosial layihəsinə həsr olunmuş səhnəciklər tədbir iştirakçılarına təqdim olundu. İdmançılar arasında yarış keçirildi və qaliblərə hədiyyələr təqdim edildi.
Tədbirin sonunda Bakı 2015 ilk Avropa Oyunları ilə bağlı rəmzi məşəl yandırıldı.