Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin aprel ayı ərzində daxil olan müraciətlər

02 may 2015 | 10:00

2015-ci ilin aprel ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 2463, birbaşa cavablandırılan zənglərin sayı 1908,  yaradılan əks əlaqələrin sayı 823, günlük  orta zəng sayı 81, tərtib edilən şikayət vərəqələrinin sayı 555, xidmət səviyyəsi 98 % olub.
Şikayət xarakterli müraciətlərin 544-ü və ya 98 %-nin icrası təmin edilib, o cümlədən 486-ı və ya  89,3 %-i tam, 13-ü və ya 2 %-i qismən həll edilib, 45-i və ya 8,3 %-i müvafiq izahat verilərək həll edilib, 11-i və ya 2 %-nin icrası nəzarətdədir.
Aprel ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 268-i və ya 48,3 %-i su-kanalizasiya, 167-i və ya 30 %-i qaz təchizatı, 41-i və ya 7,4 %-i lift problemləri, 36-ı və ya 6,5 %-i sakinləri narahat edən digər məsələlər, 21-i və ya 3,8 %-i elektrik təchizatı, 10-u və ya 1,8 %-i məişət  tullantıları, 6-ı və ya 1,1 %-i yaşıllaşdırma, 5-i və ya 0,9 %-i küçələrin işıqlandırılması, 1-i və ya 0,2 %-i istilik təchizatı ilə əlaqədar olub.
Xidmətə ay ərzində 36 təşəkkür müraciəti daxil olub.

Keçidlər