Binəqədi rayonunda aprel ayı ərzində aparılan abadlıq-quruculuq işləri
2015-ci ilin aprel ayında Binəqədi rayonunda 266 ünvanda su şəbəkəsində, 581 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 11460 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi Qaz İstismar Sahəsi ərazisində 6706 p/m qaz xətti çəkilib, 1443 ədəd smart kart tipli sayğac quraşdırılıb.
7 və 8-ci mikrorayonda yaşayış binalarının, A.Zeynallı küçəsi 1 “a” saylı binanın istilik xəttlərində 26 metr, Z.Bünyadov və Azadlıq prospektləri, C.Hacıbəyli və Naxçıvani küçələrində 15 metr, R.İsmayılov küçəsi 11 və 9 saylı binaların aşağı paylama sistemlərində 15 p/m boru dəyişdirilib, sızmalar aradan qaldırılıb.
6-cı mikrorayon və M.Cəlal küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 18 ədəd ventil, 11 ədəd siyirtmə təmir edilib, aşağı paylama xəttində 34 metr boru dəyişdirilib və bərpa edilib.
TM-9-da 1 ədəd 630 kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb, KTM-233-də 400 kv-luq transformator dəyişdirilib, KTM-246-da köhnə xətlər yeni sip kabeli ilə əvəz edilib, KTM-840-da təmir işləri aparılıb.
3, 221, 231, 337, 338 və 340 saylı qazanxanalarda təmir-bərpa işləri aparılıb.
6, 7, 8 və 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində, Zərifə Əliyeva adına parkda 385 ədəd yararsız lampa, 66 ədəd drossel və 610 metr yanmış kabel dəyişdirilib.
Rayon ərazisində yerləşən 8 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 1 binanın həyətində abadlıq işləri, 2 yaşayış binasının girişində təmir işləri aparılır, 4 binada 4425 kv metr yumşaq dam örtüyü əsaslı təmir olunur.
Azadlıq prospekti 165 və 167 saylı binalara 270 metr, Dərnəgül yaşayış massivində 64 saylı binaya 95 metr yeni kabel xətti çəkilib, Ə.Rəcəbli küçəsində 3300 metr hava xətti kabel xətti ilə əvəz edilib.
Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon N.Məmmədov küçəsində, Heydər Əliyev, Zərifə Əliyeva, Fərhad Hümbətov və Ramiz Aboyev adına, həmçinin Azadlıq prospekti metrosunun üzərindəki parklarda ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.
Atatürk prospektində yerləşən Ayna Sultanova parkının ən müasir standartlara uyğun olaraq yenidən qurulması işləri davam etdirilir.
Ziya Bünyadov prospekti boyunca və Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində abadlıq-quruculuq işləri həyata keçirilir.
Paytaxtda “Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri daha intensiv şəkildə davam etdirilib. Belə ki, yol kənarı obyektlərin fasadı müasir tipli fasad örtüyü ilə üzlənmiş, küçə işıqları dirəkləri quraşdırılmış, yaşıllaşdırma işləri həyata keçirilmiş, müxtəlif növdə dekorativ ağaclar, kollar, güllər əkilmiş, rayonun müxtəlif ərazilərində idman növlərinin obrazlarını özündə əks etdirən fiqurlar quraşdırılmışdır.
Bundan əlavə Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar Xocəsən qəsəbəsi Sulutəpə yaşayış massivində yeni dayanacaq və taksilərin müvəqqəti dayanacağı üçün müasir tələblərə cavab verən gözləmə ofisi inşa edilərək sakinlərin istifadəsinə verilib.
“Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində 4 aprel tarixində rayonun 28 May qəsəbəsində, 11 aprel tarixində Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında, 18 aprel tarixində Binəqədi-Xırdalan yolu və Xocəsən qəsəbəsinin Universitet küçəsində, 25 aprel tarixində Dərnəgül metro stansiyasının üzərindəki ərazidə ağacəkmə aksiyaları keçirilib.
Həmçinin “Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Binəqədi rayonunda start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi ilə əlaqədar görülən işlər çərçivəsində bir çox ünvanlarda iməciliklər və təmizlik aksiyaları keçirilib.