Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda seminarlar davam etdirilir.

14 dekabr 2012 | 11:00

2012-ci ilin dekabrın 13-də Binəqədi rayonu 126 saylı orta məktəbdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Binəqədi Rayon Komissiyasının və “Təbiət elmləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda növbəti seminar keçirildi.
Tədbirin təşkilatçılarından olan “Təbiət elmləri” İctimai Birliyinin sədri Rövşən Əkbərov narkomaniyanın cəmiyyətə, insanlara vurduğu ziyandan danışaraq narkomaniyanı bəşəriyyətin bəlası adlandırdı. İnsan orqanizminin necə mükəmməl bir quruluşa malik olduğunu diqqətə çatdıran təşkilat sədri zərərli vərdişlərdən istifadə nəticəsində bu mükəmməl quruluşu necə itirdiyini video çarx vasitəsilə nümayiş etdirdi.
Rövşən Əkbərov eyni zamanda siqaretin, alkoqolun da insan orqanizminə zərəli təsirindən danışdı və vurğuladı ki, nəinki məktəbdə dərs deyən müəllimlər, hətta yeniyetmə və gənclərin valideynləri də onların tərbiyə olunmasında çox diqqətli olmalıdırlar. Bu yaşda onların atacağı hər bir addım gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər.
Sonda Rövşən Əkbərov tədbirdə iştirak edən müəllim və şagirdləri maraqlandıran sualları cavablandırdı.
Tədbirdə həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları da iştirak edirdilər.
 

Keçidlər