Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar yaradılmış Qərargahın İş Planının icra vəziyyəti müzakirə olundu

07 may 2015 | 10:00

7 may 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı növbəti iclas keçirildi. İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşöv, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və məsul işçiləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İclasda Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 3 mart 2015-ci il tarixli 89 nömrəli və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 3 dekabr 2014-cü il tarixli 244 nömrəli və 19 dekabr 2014-cü il tarixli 263 nömrəli sərəncamları ilə təsdiq edilmiş tədbirlər planlarına müvafiq olaraq yaradılmış Binəqədi Rayon Qərargahının İş Planının icra vəziyyəti müzakirə olundu.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Bakı şəhəri Qərargahının üzvü İlqar Süleymanov Birinci Avropa Oyunlarının keçiriləcəyi idman kompleksləri və obyektlərin yerləşdiyi ərazilərdə abadlaşdırma işləri, rayonun küçə, prospekt və meydanlarında nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində görülmüş tədbirlər, məişət tullantılarının daşınması qrafiklərinin müəyyənləşdirilməsi, əhalinin və digər istehlakçıların rabitə, qaz, elektrik enerjisi və su ilə fasiləsiz təmin edilməsi, operativ və gücləndirilmiş iş rejiminə keçirilməsi və İş Planında nəzərdə tutulmuş digər tədbirlərin icrası barədə məlumat verdi.

Keçidlər