Quba gəncləri Binəqədi rayonunda oldular
Quba rayonundan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı şəhərinə ekskursiyaya gələn bir qrup gənc 8 may 2015-ci il tarixdə Binəqədi rayonunda oldu.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası ilə tanış olan gənclərə təşkilatın həyata keçirdiyi tədbirlər, o cümlədən ulu öndərin azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği, gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, onların milli, mənəvi və əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə edilməsi məqsədilə görülən işlər haqqında ətraflı məlumat verildi.
Görüşdə qonaqları müşayiət edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayonda gənclərə böyük diqqət göstərildiyini nəzərə çatdırdılar. Gənclərin rayon rəhbərliyinin qayğısı ilə əhatə olunduğunu, onlara həyata keçirilən layihələrdə etimad göstərildiyini vurğuladılar.
Sonra qonaqlar Binəqədi rayon Heydər Əliyev adına istirahət parkında sakinlər üçün yaradılmış şəraitlə tanış oldular. Görüş çay süfrəsi ətrafında diskussiya ilə davam etdirildi.