Şriftin ölçüsü :

Saytın rəngi :

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” mövzusunda maarifləndirmə tədbiri keçirildi

13 may 2015 | 10:00

12 və 13 may tarixlərində Binəqədi Rayon İcra Hakimiyyəti və “Hüquq dünyası”  Hüquqi Təbliğat İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayonun 83, 99 və 100 saylı orta məktəblərində “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova və komissiyanın məsləhətçi-psixoloqu Nail Aslanov, “Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev, İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatının məsul işçisi Turan Cahangirova, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru Fizzə Məmmədova və Binəqədi Rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin nümayəndəsi Lətifə Bağırova “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunun təbliğ olunması, yetkinlik yaşına çatmayanların baxımsızlığının, kimsəsiziliyinin və onlar tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınması mövzuları ətrafında çıxış etdilər.

Keçidlər