Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bir neçə xarici dövlətdən nümayəndə heyəti Binəqədi rayonunda oldu

13 may 2015 | 10:00

13 may 2015-ci il tarixdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Çexiya səfirliyinin dəstəyi ilə “Yerli və regional səviyyədə Dövlət İdarəetmə İslahatları” Proqramı üzrə Belarusiya, Ukrayna, Moldova, Gürcüstan, Çexiya, Rusiya, Portuqaliya və Avstriyadan dəvət almış 29 nəfərlik nümayəndə heyəti Binəqədi rayonunda oldu.
İlk öncə Ulu Öndərin Heydər Əliyev adına istirahət parkında yerləşən abidəsini ziyarət edən qonaqlar sonra parkla və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ilə, daha sonra isə Binəqədi Rayon İcra Hakimiyyətinə gələrək İcra Hakimiyyətinin fəaliyyəti ilə tanış oldular.
Tanışlıqdan sonra qonaqlar rayonun Biləcəri qəsəbəsinə gedərək respublikada bələdiyyə işinin təşkili, bələdiyyələrin funksiyaları və büdcəsinin formalaşması mövzusunda tədbirdə iştirak etdilər.
Tədbirdə ilk öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək qonaqları salamladı və Yerli və regional səviyyədə Dövlət İdarəetmə İslahatlarının ölkəmizdə uğurla icra olunduğunu diqqətə çatdırdı. Daha sonra qonaqlara Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində rayonda gedən işlər haqqında ətraflı məlumat verən İcra Hakimiyyəti başçısının müavini ölkəmizin bu mötəbər tədbirin öhdəsindən uğurla gələrək idman ölkəsi kimi adını tarixə yazacağından əminliyini bildirdi.
Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov qonaqlara Biləcəri rayonunda görülən işlər haqqında məlumat verdi.
Çıxışlardan sonra Biləcəri qəsəbəsində görülən işlər haqqında videofilm nümayiş edildi.
Filmin təqdimatından sonra Belarusiyadan gələn qonaq Aleksandr Tixonov və Çexiya səfirliyinin əməkdaşı Pyotor Preslik çıxış edərək “Şərq Tərəfdaşlığı” çərçivəsində Yerli və regional səviyyədə Dövlət İdarəetmə İslahatları Proqramı üzrə ölkəmizə səfərlərindən məmnun qaldıqlarını bildirərək, Binəqədi rayonunda gedən işlərin yüksək səviyyədə olduğunu vurğuladılar.
Tədbirdə qonaqlara Azərbaycan mədəniyyətini, tarixini əks etdirən simvolik hədiyyələr təqdim olundu.
Tədbirdən sonra qonaqlar Biləcəri qəsəbəsində gedən işlərlə tanış oldular  və müzakirəni çay süfrəsi ətrafında davam etdirdilər.

Keçidlər