Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 9-cu mikrorayon sakinləri ilə görüşdü

15 may 2015 | 10:00

2015-ci il mayın 15-də H.Babaşov küçəsi 20 ünvanında yerləşən əhalinin kütləvi tədbirlər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun 9-cu mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 123 nəfər mikrorayon  sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra mikrorayon sakinlərindən Zinyət Kərimova, Nazim Novruzov, Leyla Ələsgərova, Hüseyn Cəfərov, Azad Vəliyev və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər