Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə” “Mənim ürəyimsən , Azərbaycanım!” mövzusunda bədii qiraət müsabiqəsi keçirildi

15 dekabr 2012 | 11:00

31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Binəqədi rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim ürəyimsən, Azərbaycanım!” mövzusunda 2012-ci il dekabrın 13 və 14-də 26 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzində və 3 saylı tam orta məktəbdə 7-10, 11-14, 15-18 yaş qrupunda bədii qiraət müsabiqəsi keçirildi.
Müsabiqədə 29 məktəbdən 103 şagird iştirak edirdi.
Tədbirin yekununda münsiflər heyəti olaraq, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini S.Süleymanova, 26 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək müəllimləri Mahirə Əliyeva, Cəmilə Nəbiyeva, Nuranə Novruzova müsabiqənin qaliblərini müəyyənləşdirdilər. 3 nəfər birinci, ikinci və üçüncü yerlərə layiq görülmüş və 10 nəfər fərqlənmişdir.
 

Keçidlər