Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Binəqədi rayonunda baş vermiş yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb

20 may 2015 | 10:00

Mayın 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinə gələrək Bakının Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb.
Səhiyyə naziri Oqtay Şirəliyev Mehriban Əliyevaya burada müalicə alanların səhhəti haqda məlumat verdi.
Mehriban Əliyeva yanğın zamanı xəsarət almış şəxslərlə söhbət etdi. Birinci xanım bildirib ki, onların müalicəsinin yüksək səviyyədə aparılması və yanmış binanın sakinlərinə dəymiş maddi ziyanın ödənilməsi Prezident İlham Əliyevin birbaşa nəzarətindədir.
Yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Mehriban Əliyeva günahkarların cəzalandırılacaqlarını deyib.
Mehriban Əliyeva xəstələrin sağlamlıqlarının bərpası işinin daha yüksək səviyyədə aparılması üçün tapşırıqlarını verdi.

Keçidlər