Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar yaradılmış Qərargah öz işini davam etdirir

21 may 2015 | 10:00

Mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində zərər çəkmiş bina sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması, sakinlərin gün ərzində yaranan çətinliklərinin aradan qaldırılması və onları narahat edən sualların cavablandırılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən 8-ci mikrorayon, S.S.Axundov küçəsi 6 ünvanında yerləşən Binəqədi rayon 5-ci polis bölməsində Qərargah yaradılmışdır.
Qərargahda hər gün işlər davam etdirilir. Zərər çəkən sakinlər onları narahat edən məsələlərlə əlaqədar gün ərzində Qərargaha yaxınlaşa bilərlər.

Keçidlər