Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi

01 iyun 2015 | 10:00

Binəqədi rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar rayon ərazisində yerləşən 151,158 və 177 saylı uşaq bağçalarında tədbir keçirildi.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva giriş sözü ilə açaraq uşaqlara göstərilən dövlət qayğısından bəhs etdi və bu qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi səciyyələndirdi. O, gələcəyimiz olan uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyindən danışdı. Natiq uşaqların fiziki və mənəvi sağlamlığının cəmiyyətin gələcək inkişafında müəyyənedici amillərdən biri olduğunu vurğuladı.

Daha sonra tədbir uşaqların hazırladıqları bədii hissə ilə davam etdirildi.

Keçidlər