Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin may ayında daxil olan müraciətlər

02 iyun 2015 | 10:00

2015-ci ilin may ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 1956, birbaşa cavablandırılan zənglərin sayı 1410,  yaradılan əks əlaqələrin sayı 807, günlük  orta zəng sayı 69, tərtib edilən şikayət vərəqələrinin sayı 546 olub. Xidmət səviyyəsi 98,2 % təşkil edib.
Şikayət xarakterli müraciətlərin 536-ı və ya 98,2 %-nin icrası təmin edilib, o cümlədən 475-i və ya  88,6 %-i tam, 29-u və ya 5 %-i qismən, 32-i və ya 6 %-i müvafiq izahat verilərək həll edilib, 10-u və ya 1,8 %-nin icrası nəzarətdədir.
May ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  278-i və ya 50,9 %-i su-kanalizasiya, 102-i və ya 18,7 %-i qaz təchizatı, 71-i və ya 13 %-i lift problemləri, 47-i və ya 8,6 %-i sakinləri narahat edən digər məsələlər, 24-ü və ya 4,4 %-i elektrik təchizatı ilə bağlı, 12-i və ya 2,2 %-i zibil və tullantılar ilə əlaqədar, 7-i və ya 1,3 %-i küçələrin işıqlandırılması idarəsi, 5-i və ya 0,9 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 14 təşəkkür müraciəti daxil olub.

Keçidlər