Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti “Tərəqqi” medalı ilə təltif edilən Sevil Fazil qızı Hüseynovanı təbrik etdi

18 iyun 2015 | 10:00

Dövlət başçısı cənab İlham Əliyevin iyunun 17-də səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə imzaladığı Sərəncamla bir qrup səhiyyə işçisi fəxri adlara layiq görüldü.
Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlərdən biri də Binəqədi rayonunda yerləşən Ə.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının şöbə müdiri Sevil Fazil qızı Hüseynovadır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ə.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında Sevil Hüseynovanı “Tərəqqi” medalına layiq görülməsi münasibətilə təbrik etdi. Ölkə başçısı cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi səhiyyə sahəsinə də olan xüsusi diqqətini vurğulayan A.Əliyeva bu diqqətin qarşılığında müvafiq sahədə çalışanların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi və Sevil Hüseynovaya bundan sonra da bu şərəfli vəzifəsinin öhdəsindən layiqincə gəlməyi və işlərində yeni müvəffəqiyyətlər arzuladı.

Keçidlər