Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu

23 iyun 2015 | 10:00

İyunun 23-də Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi. 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov,  Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun idarə və təşkilatlarında çalışan bir qrup dövlət qulluqçusu iştirak etdilər.
Tədbir xalqımızın Ümummilli lideri Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsinin önünə gül dəstələri qoyulması, dahi şəxsiyyətin ruhuna ehtiram göstərilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov açaraq dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. İlqar Süleymanov dövlətə, vətənə xidmət işində hər bir dövlət qulluqçusuna ən ideal örnəyin möhtərəm Prezidentimiz cənab İlham Əliyev olduğunu qeyd etdi.
Daha sonra bir qrup dövlət qulluqçusu təltif olundu.
Sonda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçisi Rauf Həsənov və Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin məsul işçisi Anar Əhmədov tədbirdə çıxış edərək dövlət qulluğu sahəsində çalışmağı şərəfli və məsuliyyətli iş kimi səciyyələndirdilər.

Keçidlər