Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Narkomaniyaya qarşı Beynəlxalq mübarizə günü ilə əlaqədar tədbir keçirildi

26 iyun 2015 | 10:00

İyunun 26-da Narkomaniyaya qarşı Beynəlxalq mübarizə günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və rayon ictimaiyyəti iştirak etdi.
Binəqədi rayon Mərkəzi Mədəniyyət Evində baş tutan tədbiri giriş sözü ilə açan İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova insanların, xüsusilə gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunmağın vacibliyindən danışdı.
Daha sonra çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev və İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev də gələcəyimiz olan gənclərin sağlamlığının vacibliyindən və narkotizm təhlükəsinin ağır nəticələrindən danışdılar.
Tədbir İrəvan Dövlət Dram Teatrının ifasında “Ağ ölüm” tamaşası ilə davam etdi. Sonda, xatirə şəkilləri çəkdirildi.

Keçidlər