Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin iyun ayı ərzində daxil olan müraciətlər

01 iyul 2015 | 10:00

2015-ci ilin iyun ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 2346, birbaşa cavablandırılan zənglərin sayı 1707,  yaradılan əks əlaqələrin sayı 924, günlük  orta zəng sayı 78, tərtib edilmiş şikayət vərəqələrinin sayı 639, xidmət səviyyəsi 98,1 % təşkil edib.
Şikayət xarakterli müraciətin 627-i və ya 98,1 %-i icrası təmin edilib, o cümlədən 555-i və ya  88,5 %-i tam həll olunub,  20-i və ya 3 %-i qismən həll edilib,  52-i və ya 8,3 %-nə müvafiq izahat verilərək həll edilib, 12-i və ya 1,9 %-nin icrası nəzarətdədir.
İyun ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  387-i və ya 60,6 %-i su-kanalizasiya,  80-ı və ya 13 %-i lift problemləri, 67-i və ya 10,5 %-i sakinləri narahat edən digər məsələlər, 35-i və ya 5,5 %-i qaz təchizatı, 28-i və ya 4,4 %-i elektrik təchizatı ilə bağlı, 25-i və ya 3,9 %-i zibil və tullantılar ilə əlaqədar, 9-u və ya 1,4 %-i yaşıllaşdırma idarəsi, 8-i və ya 1,3 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 22 təşəkkür  müraciəti daxil olub.

Keçidlər