Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr- Zəfər Günü münasibətilə “Xarı bülbül dastanı” adlı tədbir keçirildi

04 noyabr 2022 | 16:55

04 noyabr 2022-ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən 276 nömrəli tam orta məktəbdə 8 noyabr- Zəfər Günü münasibətilə 7 nömrəli Uşaq-Gənclər inkişaf Mərkəzi ilə birlikdə “Xarı bülbül dastanı” adlı tədbir keçirildi.

Tədbirdə şəhid ailələri, qazilər, rayon ictimaiyətinin nümayəndələri, Milli Məclisin deputatı Azay Quliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov iştirak etdilər.

Qonaqlar əvvəlcə “Zəfər Günü” nə həsr edilmiş rəsmlər və əl işlərindən ibarət sərgiyə baxdılar.

Sonra şagirdlərin hazırladıqları “Xarı bülbül dastanı” adlı kompozisiya təqdim edildi.

Keçidlər